Türkiyə Şimali İraqda daha 8 PKK terrorçusunu məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib.

Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyi və Milli Kəşfiyyat İdarəsinin birgə uğurlu əməliyyatı nəticəsində Şimali İraqın Qara bölgəsində müəyyən olunan 8 PKK terrorçusu zərərsizləşdirilib.