İranda ötən sutka ərzində 5968 nəfər koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə virusa yoluxanların sayı 1 286 406 nəfərə çatıb.

Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən 24 saat ərzində 71 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə bu virusdan ölənlərin sayı 56 171 nəfərə yüksəlib.