Qətər ərazi sularına daxil olan Bəhreynə məxsus kreyseri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kreyserdə olan 3 nəfər saxlanılıb.

Bəhreyn Qətərin bu hərəkətinin Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının qanunlarına zidd olduğunu bildirib:

"Bu təşəbbüs Qətərin düşmənçilik mövqeyini ortaya qoyur".