İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Ternate şəhərindən 132 kilometr şimal-şərqdə, ocağının isə 26,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Cənub-şərqi Asiyada sunami xəbərdarlığı elan edilməyib.