BAKI, 27 avqust. TELEQRAF
Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan buraxıldıqdan sonra “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan məlumat yayıb.
Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib. Bundan əvvəl - ayın 25-də isə Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilmə zamanı səhhəti pisləşmiş, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı.