BAKI, 27 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan KTMT və Rusiyanı təhlükəsizlik üzrə öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.
Brifinqdə Paşinyana Ermənistan hökumətinin 2026-31-ci illər proqramında Ermənistan və Rusiya arasındakı münasibətlərə dair ifadələrdəki dəyişikliyin səbəbi və nəticələri barədə sual verilib. Sənəddə məsələ ilə əlaqədar “strateji” ifadəsi çıxarılıb.
Sualı cavablandıran Ermənistan Baş naziri qeyd edib: “Təhlükəsizlik sahəsindəki öhdəliklərini niyə yerinə yetirmədiklərini KTMT və Rusiyadan soruşsanız, daha yaxşı olar. Mən nə cavab verməliyəm?”.