BAKI, 27 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin suveren ərazisindən Azərbaycana güzəşt etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

Paşinyan bildirib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Ermənistanı tələdən qurtarıb:

“Mən Ermənistanın suveren ərazisindən güzəştə getməmişəm. Əgər Qarabağı nəzərdə tuturlarsa, onda mən fəxr edirəm ki, Ermənistanı və erməni xalqını bu tələdən çıxardım”.