BAKI, 27 avqust. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının nəticəsi insanların sərhəd bölgələrində əmin-amanlıq şəraitində yaşamasıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Hökumət başçısı qeyd edib ki, artıq insanların iki ölkə arasında atəşkəsin pozulacağı qorxusu yoxdur.

“Hazırda ictimaiyyətin diqqəti Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə yönəlib. Bu sənəd həm Ermənistan, həm də Azərbaycan tərəfindən ratifikasiya edilib və məcburi hüquqi qüvvəyə malikdir”, - Paşinyan əlavə edib.