BAKI, 27 avqust. TELEQRAF
“Ktriç Nersisyan (II Qaregin) mənim və bütün ermənilərin katolikosu deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.
Spiker parlamentin iclasında II Qaregini istefa verməyə çağırıb.
“Mənə növbəti katolikosun hakimiyyətyönlü olması lazım deyil. Qoy elə bir insan olsun ki, hamı onu bütün ermənilərin katolikosi kimi qəbul etsin və andını pozaraq uşaq sahibi olmasın. Yaxud qaydaları dəyişsinlər və subaylıq andından imtina etmək rəsmi şəkildə mümkün olsun. Qoy onda uşaqları olsun”, - Rubinyan əlavə edib.