BAKI, 27 avqust. TELEQRAF
“Robert Köçəryan və Serj Sərkisyanın yeri həbsxanadır”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Areq Koçinyan deyib.
Ekspert bildirib ki, prezidentlikləri dövründə saysız cinayətlər işləmiş Ermənistanın keçmiş liderləri çoxdan həbs edilməli idi.
“Köçəryan, Sərkisyan və əlaltıları küçələrdə əlləri ciblərində fit çala-çala hakimiyyətə iddialarını ortaya qoyurdular. Əlbəttə, onların yeri hakimiyyət deyil. Ümid edirəm, bu dəfə səhv düzəldiləcək və bu insanlar layiq olduqları yerə - həbsxanaya göndəriləcəklər”, - Koçinyan vurğulayıb.
Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə iki aylıq həbs edilib. Serj Sərkisyan təqsirləndirilən şəxs qismində bu cinayət işinə cəlb olunub və ölkədən çıxışına qadağa qoyulub.