BAKI, 25 avqust. TELEQRAF
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsində sabiq prezident Robert Köçəryanla bağlı araşdırılan cinayət işi çərçivəsində onun sələfi Serj Sərkisyana qarşı da ittiham irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın istintaq qurumu məlumat yayıb.
Həmin cinayət işi çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə Serj Sərkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.
Serj Sərkisyan hazırda Korrupsiyaya qarşı Mübarizə Komitəsindədir.