BAKI, 25 avqust. TELEQRAF

“NATO Rusiya üçün daim genişlənməyə davam edən düşmən hərbi-siyasi blokdur və bu genişlənmə ölkəmiz üçün ekzistensial təhlükə yaradır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Artıq Şimali Atlantika Alyansı haqqında danışmışam. Bizim üçün düşmən olan bu hərbi-siyasi blok nəinki mövcudluğunu davam etdirir, həm də daim genişlənir. Postsovet ölkələrindən yeni üzvlərin - gah Gürcüstanın, gah da Ukraynanın NATO-ya qəbul edilməsi planlarından bəhs olunur. Buna necə reaksiya verməliyik? Bəllidir ki, bütün bunlar Rusiya üçün ekzistensial təhlükə yaradır”, - Medvedev qeyd edib.

O vurğulayıb ki, Moskvanın NATO-dan istədiyi yalnız Rusiyaya digər dövlətlər tərəfindən hücum edilməyəcəyinə və ölkəyə qarşı istənilən düşmənçilik xarakterli fəaliyyətin dayandırılacağına dair təminatlardır.