BAKI, 24 avqust. TELEQRAF
“Qarabağ Ermənistandır və nöqtə” dediyimi unutmamışam. Amma son illərdə bu mövzuya dəfələrlə toxunduğum üçün istəyirəm, bu məsələni birdəfəlik bağlayım”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan söyləyib.
“Ermənistanda yaşlı və orta nəsildən olan, demək olar, bütün siyasi xadimlərin siyasi mənşəyinin əsasını təşkil edən “Qarabağ hərəkatı”na və Qarabağı Ermənistan kimi görmək ideyasına sonsuz sədaqət məhz mənə və həmkarlarıma cəsarət verdi ki, irəli gedək, pərdəni qaldıraq və “Qarabağ hərəkatı”nın arxasında nəyin dayandığını görək.
Nəhayət, biz pərdəni qaldırıb görmək cəsarətinə malik olduq, gördük ki, “Qarabağ hərəkatı” Ermənistan dövlətçiliyini və gələcəyini sıfırlamaqdan başqa bir şey deyilmiş. Biz xalqın verdiyi mandatla bu layihəni bağladıq və Ermənistan dövlətçiliyinin davamlılığı üçün məhdudiyyətsiz imkanlar açdıq. Bu imkanlardan istifadə edib-etməyəcəyimiz isə başqa məsələdir”, - o bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddialarını rəsmən davam etdirsəydi, dövlət kimi məhv olacaqd:
“Qarabağ Ermənistandır” bizim tariximizin gedişatının dəyişməsinə gətirib çıxaran dönüş nöqtəsi olmalıydı. Biz tariximizin dalanından çıxmalı və gələcəyin yol ayırıcına çatmalı idik. Bu gün isə biz gələcəyin yol ayırıcındayıq və gələcək bu gündür. Yol ayrıcı buradadır - Ermənistan Respublikasında. Ermənistan xalqının “real Ermənistan” ideologiyası ətrafında birləşməsi bizə əmin olmağa əsas verir ki, artıq yenidən dalana girməyəcəyik”.