BAKI, 24 avqust. TELEQRAF

“TRIPP və ya “Tramp marşrutu” layihəsi təkcə dəmir yolunu deyil, boru kəmərlərini, avtomobil yollarını, kabelləri və elektrik ötürücü xətləri də əhatə edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Böyük ehtimalla, TRIPP çərçivəsində elektrik ötürücü xətləri istifadəyə veriləcək ilk infrastruktur olacaq. Çünki texniki baxımdan onların tikintisini nisbətən qısa müddətdə başa çatdırmaq daha asandır”, - o bildirib.

Paşinyan qeyd edib ki, hazırda TRIPP-lə bağlı Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi ratifikasiya, “TRIPP Development Company” şirkətinin yaradılması üzrə işlər isə yekun mərhələdədir:

“Xatırladım ki, Ermənistan bu şirkətdə 26 faiz, ABŞ isə 74 faiz paya malik olacaq. Bu nisbət ən azı 49 il qüvvədə olacaq. Həmin müddət başa çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığı ilə layihənin müddəti daha 50 il uzadılarsa, Ermənistanın payı 49 faizə, ABŞ-nin payı isə 51 faizə yüksələcək. Bu halda Ermənistan tərəfindən əlavə maliyyə və ya digər investisiya tələb olunmayacaq”.

Baş nazir əlavə edib ki, TRIPP hansısa xarici hərbi və ya silahlı qüvvənin mövcudluğunu nəzərdə tutmur.