BAKI, 24 avqust. TELEQRAF
“Ermənistanı təkcə Azərbaycanda deyil, Türkiyədə də “axtarmaq” lazım deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
Çıxışında Ermənistanın qonşu ölkələrə ərazi iddialarına toxunan hökumət başçısı qeyd edib:
“İranda axtarmamalıyıq, Gürcüstanda da axtarmamalıyıq. Biz öz vətənimizi əraziləri beynəlxalq səviyyədə tanınmış dörd qonşumuzda axtardıqda, onların da öz vətənlərini beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisində axtarmasına qapı açmış oluruq. Belə çıxır ki, biz dörd yerdə axtarırıq, onlar isə dördü birlikdə bizim ölkəmizdə axtarırlar”.
Paşinyanın sözlərinə görə, Ermənistan ermənilərin xəyallarındakı vətəndir:
“Biz çox çətinliklə başa düşdük ki, vətən dövlətdir və bundan kənarda başqa vətən yoxdur. Biz də həmin vətəni - Ermənistan Respublikasını və onun ərazi bütövlüyünü (Azərbaycanın ərazi bütövlüyünü tanımaqla) tanımaq qərarına gəldik”.