BAKI, 20 avqust. TELEQRAF
“1991-ci il xəritələrinə əsasən, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, sərhədlərin delimitasiyası məsələləri dinc yolla, həmçinin sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin maraqları nəzərə alınmaqla həll edilməlidir.
Paşinyan əlavə edib ki, hələlik Ermənistan və Azərbaycan arasında anklavlar məsələsinin həlli ilə bağlı konkret razılaşma yoxdur.
Xatırladaq ki, Ermənistan ərazisində yerləşən dörd anklav - Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləri Azərbaycana qaytarılmalıdır. Ermənistan Baş naziri bu məsələlərin delimitasiya prosesi çərçivəsində həll ediləcəyini açıqlayıb.