BAKI, 19 avqust. TELEQRAF

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Hindistanın müdafiə katibi Rajeş Kumar Sinqlə görüşüb.

Teleqraf xəbər verir ki, İrəvanda keçirilən görüşdə həmsöhbətlər Ermənistan və Hindistan arasında dinamik inkişaf edən münasibətləri yüksək qiymətləndirib.

Görüş zamanı iki ölkə arasında artan əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Xarici işlər nazirinin müavini İrəvanın Ermənistan və Azərbaycanla sülhün daha da institutsionallaşdırılmasına yönəlmiş səylərini təqdim edib.