BAKI, 19 avqust. TELEQRAF

Ermənistan və ABŞ TRIPP (“Tramp marşrutu”) layihəsinin parametrlərini hazırlamağa davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən yerli mediaya bildirilib.

“Hazırda TRIPP layihəsinin icrası çərçivəsində ABŞ tərəfi ilə birgə, o cümlədən dəmir yolu komponenti üzrə araşdırmalar, hesablamalar və tədqiqat işləri aparılır”, - açıqlamada deyilib.

Qeyd edilib ki, araşdırmanın ilkin variantı yaxın vaxtlarda hazırlanacaq.

Layihənin yekun parametrləri hazırkı mərhələdə hələ formalaşdırılmayıb. Qriqoryanın ofisi vurğulayıb ki, marşrut, layihənin dəyəri, texniki xüsusiyyətlər və TRIPP-in digər detalları ilə bağlı suallara konkret cavab araşdırma başa çatdıqdan sonra verilə bilər.