BAKI, 12 avqust. TELEQRAF

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi prinsipial əhəmiyyət daşıyır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin, o cümlədən nəqliyyat və digər kommunikasiyalar baxımından əməkdaşlığın daha da gücləndirilməsi prinsipial əhəmiyyət daşıyır. Biz bunun üçün hər şeyi edirik və bundan sonra da edəcəyik. Azərbaycanla, həmçinin Türkiyə ilə çox yaxşı dinamika var və bu istiqamətdə işimizi fəal şəkildə davam etdirəcəyik”, - hökumət başçısı bildirib.