BAKI, 3 iyun. TELEQRAF
“Üçbaşlı müharibə koalisiyası”nın liderləri - Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casusları kimi həbs olunmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, qanuna uyğun olaraq, bu insanlar quldur və casus kimi uzun müddətə həbs edilməlidir.
“Bu gün biz “üçbaşlı casus dəstəsi” ilə üz-üzəyik. Bu gün “güclü” görünməyə çalışan bu insanlar həyatlarında müstəqil şəkildə heç nə etməyiblər. Bütün fəaliyyətlərini himayə altında həyata keçiriblər, bu gün də belədir. Robert Köçəryan siyasətə müstəqil şəkildə girməyib. 2023-cü ildə onun xarici ölkəyə ünvanladığı xahiş-yalvarış üzə çıxıb, orada deyir: “Məni siyasətə sən gətirdin, indi xahiş edirəm, mənə kömək edin”.
Köçəryan bu gün siyasətlə məşğuldur, çünki siyasətdən getməsinə icazə verilmir. Bəli, o, təkcə siyasətdən deyil, həm də Ermənistandan gedə bilməyəcək. Bu seçkilərdə tamamilə yorğun düşəcək, elə də həbsxanaya gedəcək. Səbirlə gözləyirdik, amma Robert Köçəryanın qurduğu məhkəmə mafiyası məhv edilməlidir. Çünki onlar səkkiz ildir Sarukyana, Köçəryana, Karapetyana qucaq açırlar. Onlar uzun illər həbsdə yatmalıdırlar, Ermənistandakı məhkəmə mafiyası məhv edilməlidir”, - Nikol Paşinyan vurğulayıb.