BAKI, 2 iyun. TELEQRAF

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla latviyalı həmkarı Baiba Braje arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasındakı ikitərəfli tərəfdaşlığın davamlı olaraq gücləndirilməsi perspektivlərinə toxunublar. Yüksək siyasi münasibətlər fonunda iqtisadi sahədə əməkdaşlığın aktivləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər İrəvan ilə Avropa İttifaqı arasındakı strateji gündəliyin icrası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Həmçinin söhbət zamanı demokratik prosesləri hədəf alan müxtəlif hibrid fəaliyyətlərə və onlara qarşı səmərəli müqavimət üsullarına xüsusi diqqət yetirilib.