BAKI, 25 may. TELEQRAF

“Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər sahələrdə əlaqələri kəsməkdə maraqlı deyil”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir Ermənistanın Rusiya ilə normal münasibətləri qorumaq istədiyini və bunun üçün çalışacağını deyib:

“Bu məmurun verdiyi məlumat səhvdir, Ermənistan Rusiya ilə siyasi, iqtisadi və bütün digər əlaqələri kəsməkdə maraqlı deyil. Əksinə, biz normal münasibətlərimizi qorumağa və dərinləşdirməyə meylliyik, bunu istəyirik və çalışacağıq”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın addımlarının İrəvanın Moskva, Avrasiya İqtisadi Birliyi və KTMT ilə münasibətlərinə təhlükə yaratdığını bəyan edib.

Ermənistan xarici işlər naziri bu açıqlamanın səbəbləri ilə bağlı suala cavab verməyib.