BAKI, 22 may. TELEQRAF

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bu qurumun keçmiş rəis müavini Levan Axobadzeni Rusiyadan bəyan edilməmiş 40 milyon rublun köçürülməsinə kömək etdiyinə görə saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qonşu ölkənin xüsusi xidmət orqanı məlumat yayıb.

“2024-cü ilin aprel ayına qədər Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışmış təqsirləndirilən şəxs Qriqol Liluaşvili Gürcüstan-Rusiya sərhədindəki “Lars” gömrük məntəqəsində fərdi sahibkardan bəyan edilməmiş 40 milyon rubl məbləğində pulun müsadirə edildiyini öyrənib. Levan Axobadze vasitəçilərlə adı çəkilən şəxslə əlaqə saxlayıb və müsadirə olunmuş məbləğin geri qaytarılmasına kömək edəcəyinə söz verib”, - açıqlamada bildirilir.