BAKI, 21 may. TELEQRAF

Ermənistan və Türkiyənin müvafiq komissiyaları Arpaçay və Araz çaylarının sularından birgə istifadəni müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Su Komitəsi məlumat yayıb.

Ermənistanda keçirilən görüşdə bildirilib ki, imzalanan ikitərəfli sənədlər qarşılıqlı faydalı şərtlərlə hazırlanıb. İclasda bir sıra mühüm razılaşmalar əldə olunub.