BAKI, 19 may. TELEQRAF
Ermənistan Ədliyyə Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası sənədlərinin rəsmiləşdirilməsi və dərc edilməsi qaydası haqqında, dövlət sərhədinin delimitasiya xəritəsinin yaradılması qaydası haqqında, dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında qaydaların təsdiq edilməsi haqqında” layihəni ictimai müzakirəyə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Nazirlik bildirib ki, layihənin qəbul edilməsi Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının işinin təşkili üçün hüquqi bazanın yaradılmasında mühüm addım olacaq və qurumlar bu bazaya əsasən gələcək fəaliyyətlərini təşkil edəcəklər.
Qaydaların qəbul edilməsi nəticəsində iki ölkənin delimitasiya komissiyalarına razılaşdırılmış prosedura uyğun olaraq birgə fəaliyyətlərini davam etdirmək və delimitasiya prosesində sektoral işlərin həyata keçirilməsi üsullarını müəyyən etmək imkanı verilir.