BAKI, 18 may. TELEQRAF
“Robert Köçəryan və Serj Sərkisyan 90-cı illərdə çəkmə səviyyəsinə endikləri kimi, Qarabağ ermənilərini də həmin səviyyəyə endirirlər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda seçiciləri ilə görüşündə deyib.
“Qarabağ ermənilərini də kölə vəziyyətində saxlamısınız. İndi belə adamları göndərirlər ki, gəlib ölkənin Baş nazirinin əleyhinə danışsınlar. Kimsə Qarabağda bir “idarə rəisinin müavini”nin qarşısında dayanıb iki söz, bir cümlə deyə bilərdimi? Xankəndinin mərkəzində başından vurardılar”, - Baş nazir vurğulayıb.