BAKI, 18 may. TELEQRAF
2026-cı ilin ilk dörd ayında Azərbaycan Ermənistana 9,646 milyon dollar dəyərində mal ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, təkcə aprel ayında ixrac həcmi 3,889 milyon dollar təşkil edib.
Dörd ay ərzində Ermənistandan Azərbaycana dolayı idxalın həcmi cəmi 960 dollar təşkil edib. Aprel ayında Ermənistandan ümumiyyətlə heç bir məhsul göndərilməyib.
Hazırda Azərbaycan Ermənistana benzin və dizel yanacağı ixrac edir.
Xatırladaq ki, ötən ilin dekabr ayında ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini partiyası çatdırılıb, Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşındı. Yanvarın əvvəlində isə Azərbaycan yeni neft məhsulları partiyası - 6100 ton benzin və 1500 ton dizel yanacağı göndərib.