BAKI, 15 may. TELEQRAF

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının Vanadzor ofisində axtarış aparıblar. Bəzi şəxslər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli mediaya Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib.

Məlumata görə, seçki rüşvətinin verilməsinə hazırlıq və vətəndaşların seçki hüquqlarının sərbəst həyata keçirilməsinə maneolma halları üzrə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən başlanan cinayət işi çərçivəsində Lori bölgəsində fəaliyyət göstərən “Güclü Ermənistan” Partiyasının ofislərində bir sıra axtarışlar və digər prosedur tədbirləri həyata keçirilib.

“Yem mağazası” adı altında gizlədilən ofisdə də axtarış aparılıb. Saxlanılanlar var, araşdırma davam edir.