BAKI, 15 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin radikal müxalifətinin sülh prosesi ilə bağlı ən iyrənc yalanları uydurduqlarını bildirib.
Teleqraf xəbər verir ki, baş nazir sabiq prezidenti Robert Köçəryanla oliqarxlar Qaqik Sarukyan və Samvel Karapetyan arasındakı işbirliyini “üçbaşlı müharibə koalisiyası” adlandırıb.
“Üçbaşlı müharibə koalisiyası” indi də yeni bir yalan uydurub ki, guya Paşinyan yenidən baş nazir seçilsə, 300 min azərbaycanlı Ermənistana qayıdacaq. Bizim gündəmimizdə heç vaxt belə bir məsələ olmayıb.
Həmin insanlar bu gündəmi Ermənistan cəmiyyətinə sırımaq üçün milyonlarla dollar xərcləyirlər. Yalnız xarici casuslar belə davranırlar. Kaluqalı Samvel, sən xarici casussan. Nə etdiyini başa düşmürsən. 300 min azərbaycanlının geri qaytarılması məsələsini Ermənistanın siyasi gündəliyinə çevirməyə çalışırsan. Bu beyinsiz casuslara səs verilməməlidir. Ermənistan xalqını “köpək və alçaq” adlandıran beyinsiz casuslar, onlara nə ad verilir-verilsin, səs verilməsin. “Üçbaşlı müharibə koalisiyası”, kaluqa oliqarx, üzr istəyirəm, o alçaq parlamentə keçmək üçün lazımi səsləri toplamamalıdırlar. Beyinsiz casuslara bir səs də verə bilmərik, çünki onlar sülhümüzü, sevincimizi öldürmək üçün üzə çıxıblar”, - Paşinyan qeyd edib.