BAKI, 13 may. TELEQRAF

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından Ermənistana səfər edən Amerikanın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, komanda “Tramp marşrutu” və ya TRIPP-in keçəcəyi ərazinin araşdırılmasına başlamaq üçün Ermənistana gəlib.

Şirkət baş nazirin müavininə hazırlanacaq texniki-iqtisadi əsaslandırma üzrə görülən işlərin əsas istiqamətini və gözlənilən nəticələri təqdim edib.

Mqer Qriqoryan TRIPP layihəsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, görülən işlərə diqqət çəkib, regional kommunikasiyaların açılması imkanları barədə məlumat verib, yüklərin və resursların Ermənistan ərazisindən tranziti üçün böyük potensialın olduğunu bildirib.