BAKI, 13 may. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan 2018-ci ildən bəri mafiyaya qarşı 23 cəbhədə mübarizə apardıqlarını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə danışıb.

“2018-ci ildən bəri düz 23 cəbhədə mübarizə aparmışıq, mafiyaya qarşı döyüşmüşük. Bu gün həmin mafiyanın cəmi üç başı (Qaqik Sarukyan, Samvel Karapetyan və Robert Köçəryanı nəzərdə tutur – red.) qalıb. Amma 2018-ci ildə həmin mafiyanın 23 başı vardı. Həmin başları bir-bir kəsdik, indi üçü qalıb. Qarşıdan gələn seçkilərdə həmin üç başı kəsməliyik”, - Paşinyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.