BAKI, 11 may. TELEQRAF
“Litva “Tramp Marşrutu” (TRIPP) nəqliyyat layihəsi çərçivəsində konkret töhfə imkanları görür və Cənubi Qafqazda tətbiq oluna biləcək sadələşdirilmiş Kalininqrad tranzit modeli ilə bağlı təcrübəsini təklif edir”.
Teleqraf xəbər verir ki, bunu Litva xarici işlər nazirinin müavini Odra Plepite Ermənistan mediasına deyib.
“Bu tranzit sxemi rahat hərəkət və etibarlı nəzarətə kömək edəcək. Həmçinin bu, insanlar və malların sərbəst və təhlükəsiz hərəkətinə, eləcə də şəffaf yoxlama prosedurları ilə bağlı Azərbaycanın narahatlıqlarını həll etməyə yönəlikdir”, - diplomat vurğulayıb.