BAKI, 8 may. TELEQRAF

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının Şirak ofisində axtarışlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin “Güclü Ermənistan”ın Maralik regional ofisində də axtarış aparırlar.

Saxlanılanlar var.

Axtarışların iyunun 7-də keçiriləcək parlament seçkilər ilə əlaqədar vətəndaşlara rüşvətlərin paylanması ilə əlaqədar aparıldığı bildirilib.