BAKI, 7 may. TELEQRAF
Artyom Vardanyan Rusiya Prezidenti yanında Dövlət Milli Siyasətinin Regional Aspektlər və Dövlət İnstitutlarının İnkişafı üzrə Komissiyanın tərkibində daxil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Vardanyan Rusiya Dövlət Dumasının Millətlər Komitəsinin Ekspert Şurasının üzvü, “Rusiya Erməniləri İttifaqı” təşkilatının idarə heyətinin üzvü və “Rusiya Erməniləri İttifaqı” prezidentinin Moskva və bölgələrdə səlahiyyətli nümayəndəsidir.