BAKI, 16 aprel. TELEQRAF
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvəti vermək və almaqda ittiham olunan 14 ölkə vətəndaşının saxlanılması barədə məlumat yayıb.
Teleqraf xəbər verir ki, söhbət rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının üzvlərindən gedir.
“Güclü Ermənistan”ın sözçüsü Marianna Kahramanyan bundan əvvəl 15 partiya üzvünün saxlanıldığını və onlardan birinə qarşı ittiham irəli sürüldüyünü açıqlamışdı.