BAKI, 16 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya qəbul edilmədən məhkəmə sistemindəki poblemlərin həllini qeyri-mümkün hesab edir.
Teleqraf xəbər verir ki, baş nazir bunu parlamentdə 2025-ci il Hökumət Proqramının (2021-2026) icrasının gedişi və nəticələri barədə hesabatın müzakirəsi zamanı bildirib.
“Hesab edirəm ki, məhkəmə sahəsindəki problemlərin əhəmiyyətli hissəsini yeni Konstitusiya qəbul edilmədən həll etmək mümkün olmayacaq. Bu olmasa, durğunluq vəziyyəti davam edəcək”, - Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, ölkənin məhkəmə sistemindəki mövcud vəziyyəti düzəltmək üçün Konstitusiyada dəyişikliklərə ehtiyac var.