BAKI, 15 aprel. TELEQRAF

“Tramp Marşrutu” və ya TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycan və Ermənistan üçün prioritetdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Çətin beynəlxalq vəziyyətə baxmayaraq, Azərbaycan, ABŞ və Ermənistan hökumətlərinin regional kommunikasiyaların yenidən açılmasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet hesab etməsindən məmnunluq duyuruq. Bu, layihənin həyata keçirilməsinin regionumuzda uzunmüddətli, sabit və etibarlı sülhün vacib sütununa çevrildiyinin dərk edilməsindən irəli gəlir”, - Baş nazir bildirib.

Nikol Paşinyan vurğulayıb ki, artıq Ermənistan “Tramp Marşrutu” layihəsinin icra mərhələsinə qədəm qoyur.