BAKI, 9 aprel. TELEQRAF

İranla müharibə səbəbindən TRIPP (“Tramp Marşrutu”) layihəsi çərçivəsində ərazini araşdırmaq üçün ABŞ şirkətinin nümayəndələrinin Ermənistana səfəri təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə İrəvandakı mənbələrə istinadla “Foreign Policy” məlumat yayıb.

Mənbə qeyd edib ki, ABŞ və Ermənistan hələ də marşrutu idarə edəcək birgə şirkətin yaradılması barədə razılığa gələ bilməyib.

“Proses artıq İranla məşğul olan ABŞ Prezidenti Donald Trampın müşaviri Stiven Uitkoffun rəhbərlik etdiyi kiçik komanda tərəfindən koordinasiya olunur”, - nəşr əlavə edib.