BAKI, 8 aprel. TELEQRAF
Ermənistan parlamentinin keçmiş sədri Qalust Saakyanın oğlu və Dövlət Əmlakının İdarə Edilməsi İdarəsinin sabiq rəhbəri Arman Saakyan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
“Korrupziyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunan bir sıra şəxslər, o cümlədən Dövlət Əmlakının İdarə Edilməsi İdarəsinin rəhbəri vəzifəsini tutmuş şəxs və digər keçmiş yüksək vəzifəli məmurlar saxlanılıb”, - qurum bildirib.