BAKI, 6 aprel. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın dövlət televiziyasına “Gürcü Arzusu”ndan bildirilib.
Görüşün paytaxt Tbilisidə biznes mərkəzində keçiriləcəyi deyilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri bu gün başlayıb.