BAKI, 19 mart. TELEQRAF

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili katolikos-patriarx II İlya ilə vida mərasimində iştirak etmək məqsədilə müvəqqəti olaraq azadlığa buraxılması üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə eks-prezidentin vəkili bildirib.

Vəkilin sözlərinə görə, müvafiq icazənin alınması üçün artıq rəsmi ərizə ilə müraciət olunub. Hazırda Gürcüstanın aidiyyəti dövlət qurumları tərəfindən həmin müraciətə hələlik rəsmi cavab verilməyib.