BAKI, 18 mart. TELEQRAF

“Ermənistan İrana bildirib ki, “Tramp Marşrutu” və ya TRIPP-in təhlükəsizlik və ya hərbi xarakter almasına imkan verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.

“TRIPP məsələsinin müzakirəsi zamanı əvvəlcədən hansısa qənaətlərə gəlməmək və İranla Ermənistan arasında qarşılıqlı etimad əsasında hərəkət etmək prinsipini qoruyuruq. Əlbəttə, ABŞ-nin İrana qarşı aqressiv və düşmən münasibəti ölkəmizi Amerikanın sərhədlərimiz yaxınlığındakı hansısa mövcudluğuna qarşı daha da həssaslaşdırır, daha diqqətli olmağımızı tələb edir.

Həmçinin, Ermənistan hakimiyyəti dəfələrlə bəyan edib ki, bu yolun təhlükəsizlik və ya hərbi xarakter almasına imkan verməyəcək. Ümid edirik ki, davamlı məsləhətləşmələr həm Ermənistana tranzit imkanlarının səmərəli istifadəsini təmin edəcək, həm də İranın təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldıracaq”, - səfir bildirib.