BAKI, 17 mart. TELEQRAF
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hakimiyyətə müharibə gündəmi ilə qayıtmaq istəyir”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi analitik Hrayr Manukyan deyib.
Ekspertin fikrincə, sabiq prezident hakimiyyətə qayıdacağı təqdirdə Ermənistana kənardan dəstəyin veriləcəyi müharibəyə girmək istəyir və o istisna etmir ki, Köçəryanın mümkün qayıdışı yeni savaşa səbəb olacaq.
“Robert Köçəryan Ermənistanı birbaşa müharibəyə aparmaq istəyir. Köçəryan faktiki olaraq Azərbaycana açıq mesaj verir ki, “fürsət düşən kimi sənə hücum edəcəyəm”. O, qarantiyalı müharibə istəyir. Həmçinin, o bilir ki, xalqımızın böyük əksəriyyəti sülh istəyir, sadəcə cəmiyyəti çaşdırmağa çalışır”, - Manukyan vurğulayıb.
Xatırladaq ki, Robert Köçəryan iyunun 7-də keçiriləcək parlament seçkilərinə “Ermənistan” blokunun baş nazirliyə namizədi qismində qatılmağa hazırlaşır.