BAKI, 6 mart. TELEQRAF
Ermənistan əhalisinin 17 faizi sülhün təmin edilməsini Nikol Paşinyan hökumətinin son altı ayda ən böyük nailiyyəti hesab edir
Teleqraf xəbər verir ki, bu, ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Ermənistanda keçirdiyi sorğunun nəticəsisidir.
Sorğuda iştirak edən respondentlərin 17 faizi hökumətin son aylardakı ən böyük nailiyyətini təhlükəsizlik və sülhün təmin edilməsi hesab edir.
Respondentlərin 9 faizi xarici siyasətin şaxələndirilməsini, 7 faizi orduda dəyişiklikləri, 4 faizi Azərbaycanla sülh müqaviləsinin paraflanmasını, 3 faizi “Tramp Marşrutu” layihəsi üzər razılaşmanı, 2 faizi məcburi hərbi xidmət müddətinin azaldılmasını hökumətin son altı aydakı uğurları sayır.
Respondentlərin 32 faizi isə Ermənistan hökumətin bu müddətdə heç nəyə nail olmadığına inanır. Daha 17 faizi suala cavab verməkdə çətinlik çəkib.