BAKI, 6 mart. TELEQRAF
“Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasının mümkün olmadığı deyilən vaxtlarda Gürcüstana qarşı da eyni münasibət vardı”.
Teleqraf xəbər verir ki, bunu Tbilisi meri, hakim “Gürcü Arzusu” partiyasının katibi Kaxa Kaladze Avropa Komissiyasının Marta Kosun Ukraynanın Aİ-yə sürətli üzvlüyü üçün yeni qaydaların zəruriliyi barədə açıqlamasını şərh edərkən bildirib.
Kaladzenin sözlərinə görə, Aİ-yə üzv ölkələr də böyük çağırışlarla üzləşiblər, dünya qeyri-sabit vəziyyətdədir.
“Reallığın nə olduğunu bilirik. Əvvəllər Ukraynanın Avropa İttifaqına üzv ola bilməyəcəyini deyirdilər, o zaman Gürcüstana da eyni münasibət vardı. Bəziləri xəyallar qururdular ki, sabah Avropa İttifaqına qəbul olunacağıq, belə deyil, insanları aldatmaq olmaz. Avropa böyük çağırışlarla üz-üzədir. Avropa İttifaqına üzv ölkələrinin bir-biri ilə münasibətlərinin necə, hansı gərginliyin olduğunu görürük. Baltikyanı ölkələrin bəyanatlarını da eşitdik. Ümumiyyətlə, dünyada gərgin vəziyyət hökm sürür”, - Tbilisi meri vurğulayıb.