BAKI, 6 mart. TELEQRAF
ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda keçirdiyi sorğuların nəticələrini açıqlayıb.
Teleqraf xəbər verir ki, sorğu Ermənistanın ən reytinqli siyasətçisinin Baş nazir Nikol Paşinyan olduğunu üzə çıxarıb.
Siyasətçilər üzrə sorğunun nəticələri aşağıdakı kimidir:
Baş nazir Nikol Paşinyan - 18%
“Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan - 6%
Keçmiş prezident Robert Köçəryan - 3%
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan - 3%
Partiyaların reytinqi:
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası - 24%
“Güclü Ermənistan” Partiyası - 9%
“Ermənistan” bloku - 3%
“Çiçəklənən Ermənistan” Partiyası - 3%