BAKI, 5 mart. TELEQRAF
“Ermənistan hələlik həmin mərhələdə deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın hərbi bazasının ölkədən çıxarılması məsələsini şərh edərkən deyib.
“Biz görsək ki, Rusiya hərbi bazası bizim görmə sahəmizi məhdudlaşdırır, o zaman görmə sahəsində problemin olmaması üçün necə hərəkət edə biləcəyimizi düşünəcəyik”, - o bildirib.