BAKI, 27 fevral. TELEQRAF
“Ayıbdır, məndən belə bir sual soruşulacağını gözləmirdim”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərlə söhbətində Baş nazir Nikol Paşinyan və Anna Akopyanın ayrılması ilə bağlı ona ünvanlanan suala cavab olaraq deyib.
“Əziz həmkarlar, mən bu cür suallara cavab verə bilmərəm. Məlumat üçün bildirim ki, mən İqtisadiyyat naziri və hakim “Vətəndaş Müqaviləsi” Partiyası İdarə Heyətinin sədr müaviniyəm. Əgər hansısa şəxsin şəxsi məsələlərini müzakirə etmək lazımdırsa, mən gedirəm”, - nazir qeyd edib.
Xatırladaq ki, Anna Akopyan bundan öncə Nikol Paşinyanla evliliyinin bitdiyini açıqlayıb. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bəyan edib.