BAKI, 26 fevral. TELEQRAF

“Ermənistan heç vaxt İrana qarşı addımlar üçün bazaya çevrilməyəcəyinə zəmanət verib”.

Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, Ermənistanla İran arasında qarşılıqlı etimad mövcuddur.

“Bu məsələ (“Tramp Marşrutu” - red.) ilə bağlı Ermənistan rəhbərliyi ilə daim təmasdayıq. Əgər bu yolun məqsədi imkanlar yaratmaq və sülhü dəstəkləməkdirsə, onda buna qarşı deyilik. ABŞ-nin İrana qarşı düşmən münasibətini nəzərə alaraq, erməni tərəfdaşlarımızla konstruktiv şəkildə müzakirə etdiyimiz narahatlıqlarımız var idi”, - Şirqulami qeyd edib.