BAKI, 23 fevral. TELEQRAF
Tezliklə Baltikyanı ölkələrlə Ermənistan arasında hava uçuşları yenidən başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə fevralın 24-də jurnalistlərlə görüş zamanı Ermənistan Turizm Komitəsinin sədri Lusine Gevorqyan bildirib.
O əlavə edib ki, iyundan İrəvan-London-İrəvan birbaşa uçuşları da fəaliyyətə başlayacaq. Gevorqyan həmçinin qeyd edib ki, tezliklə “Türkiyə Hava Yolları” da İrəvandan Los-Anceles və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırır.